"Neftçi" yenə qələbəyə həsrət qaldı

Misli Premyer Liqasının XVIII turunda "Neftçi" səfərdə "Turan Tovuz"la heç-heçə edib.

Metbuat.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən görüşdə cəmi iki qol vurulub - 1:1.

Hazırda Tovuz klubu turnir cədvəlində 32 xalla üçüncü pillədə qərarlaşıb. Paytaxt təmsilçisi isə 17 xalla yeddincidir.

Qeyd edək ki, turun dünən keçirilən “Kəpəz” - “Sumqayıt” görüşündə qol vurulmayıb. XVIII tura sabah baş tutacaq “Şamaxı” - “Sabah” və “Qarabağ” - “Araz-Naxçıvan” oyunları ilə yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı