Azərbaycanda quş və heyvan ətinin satışı ƏDV-dən azad edilib

Azərbaycanda quş və heyvan ətinin satışı ƏDV-dən azad edilib
00:17 1 Yanvar 2020
61 Digər
Ölkə mətbuatı
A- A+

Bu gündən Azərbaycanda quş və heyvan ətinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilir.
“Report” xəbər verir ki, bu məsələ bu gün qüvvəyə minən “Vergi Məcəlləsi”nə yeni dəyişikliklərdə öz əksini tapıb.
Amma vergi güzəşti kəsilmiş və dondurulmuş heyvan ətləri istisna olmaqla, emala göndərilən ətə aid deyil.
Vergilər Nazirliyi sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində də bir sıra addımlar atıb. Bu addımlar nəticəsində heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr ƏDV-dən azad edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-qus-ve-heyvan-etinin-satisi-edv-den-azad-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR