Şimali Koreya yeni strateji silahlar istehsal edib

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In tezliklə ölkəsinin istehsal etdiyi yeni strateji silahları təqdim edəcəyini bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Şimali Koreya liderinin sözlərinə görə, ABŞ Pxenyana qarşı düşmən siyasətini dayandırmasa, KXDR strateji silah hazırlamaqda davam edəcək.

O, rəsmi Vaşinqtonun Pxenyanla dialoqdan öz məqsədləri üçün istifadə etməsinə icazə verməyəcəyini də əlavə edib. (Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR