“Arvadıma niyə baxırsan?” deyən əmisinin boğazını kəsib, gözlərini oydu

“Arvadıma niyə baxırsan?” deyən əmisinin boğazını kəsib, gözlərini oydu
11:57 2 Yanvar 2020
95 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulun Esenyurt bölgəsində keçmiş hərbi pilot qardaşı oğlu tərəfindən evində boğazı kəsilərək öldürülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisəyə səbəb əmi 52 yaşlı İsmayıl Molla Umeyrlə qardaşı oğlu 25 yaşlı Əbdülqədir Xəlil Mulle arasında mübahisə olub.

Belə ki, qətldən bir gün qabaq "arvadıma niyə baxdın" sözləri üstündə əmi ilə qardaşı oğlu arasında mübahisə baş verib. Növbəti gün Mullenin həyat yoldaşı evi tərk etdikdən sonra kişilər arasında yenidən mübahisə başlayıb. Nəticədə Mulle 52 yaşlı əmisinin boğazını kəsib, daha sonra isə gözlərini oyub.

Hadisə yerinə gələn polislər Mulleni həbs ediblər. Hadisə zamanı qətlə yetirilən kişinin 5 yaşlı oğlu da evdə olub.

Qeyd edək ki, 25 yaşlı Mulle bir müddət əvvəl Türkiyədən deportasiya edilsə də, qaçaq yollarla yenidən ölkəyə daxil olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815004.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı