KİV: "Yuventus" Ronaldu ilə müqaviləni uzatmaq istəyir

KİV: "Yuventus" Ronaldu ilə müqaviləni uzatmaq istəyir
12:32 2 Yanvar 2020
85 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyanın "Yuventus" klubu ulduz futbolçusu Kriştianu Ronaldu ilə müqavilənin müddətini uzatmaq istəyir.
"Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, 34 yaşlı portuqaliyalı hücumçunun meneceri Jorje Mendeş dekabrın 29-da Turin klubunun nümayəndələri ilə danışıqlar aparıb.
Qeyd edək ki, Kriştianu Ronaldunun mövcud sözləşməsi 2022-ci ilin yayında başa çatır. O, İtaliya klubunda illik təxminən 35 milyon avro qazanır.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ki-v-yuventus-ronaldu-ile-muqavileni-uzatmaq-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR