Xamneyi hədələdi: "Zərbə endirməyə hazırıq"

Xamneyi hədələdi: "Zərbə endirməyə hazırıq"
14:57 2 Yanvar 2020
123 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ lideri Donald Trampın İraqda baş verən son olaylarda İranı təqsirləndirməsi absurd və məntiqəzidd fikirdir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İranın Ali dini lideri Əli Xamenei deyib

"Hamı bilir ki, İran İslam Respublikası müharibə tərəfdarı deyil. Lakin İran xalqının inkişaf və maraqlarını təhdid edən hər kəsin qarşısında durmağa və ona zərbə endirməyə hazırdır. İran hansısa bir ölkəyə qarşı mübarizə aparmaq istəsə, bunu açıq şəkildə edəcək. Biz millətimizin maraqlarının qorunub saxlanılmasına sadiqik və buna qarşı çıxan hər kəslə üz-üzə durmağa hazırıq", - o bildirib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR