Prosineçki onun “Qarabağ”a keçməsinə icazə vermədi

Prosineçki onun “Qarabağ”a keçməsinə icazə vermədi
15:32 2 Yanvar 2020
111 İdman
Ölkə mətbuatı
A- A+

"Kayserispor"un yeni baş məşqçisi Roberto Prosineçki heyətin gücləndirilməsini rəhbərlikdən tələb edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis ən azı 6 futbolçunun transfer edilməsini istəyib. 50 yaşlı çalışdırıcı Bernard Mensah, Adem Kravets və Pedro Enrikenin satılmasına icazə verməyib. O, bu futbolçulara ehtiyac duyduğunu bildirib.
 
Pedro Enrikenin sabiq klubu "Qarabağ"a dönəcəyi barədə iddialar var idi. "Kayserispor"da maaş problemi ilə üzləşən futbolçu ötən ilin sonlarında Bakıya gəlmiş və "Qarabağ"ın matçını stadiondan izləmişdi. 29 yaşlı oyunçunun "Qarabağ"la danışıq apardığı barədə məlumatlar da dolaşırdı.
 
PAOK Pedronu 2017/18 mövsümündə "Qarabağ"a icarəyə vermişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/815024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR