ABŞ-ın İraqdakı hərbi qüvvələrində döyüş hazırlığı elan edilib

ABŞ-ın İraqdakı hərbi qüvvələrində döyüş hazırlığı elan edilib
10:07 3 Yanvar 2020
54 Digər
Ölkə mətbuatı
A- A+

“Sepah” generalı Qasım Süleymaninin ölümü ilə bağlı ABŞ-ın İraqdakı hərbi qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.
“Report” bu barədə “Fox News”ə istinadən xəbər verir.
Bundan əvvəl İraqda ABŞ-ın həyata keçirdiyi hərbi əməliyyat zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” xüsusi hərbi birləşməsinin komandiri general-mayor Qasım Süleymani raket zərbələri nəticəsində həlak olub.
Bu barədə xəbər yayılandan sonra ABŞ Prezidenti Donald Tramp “Twitter” səhifəsində alt yazı vermədən dövlət bayrağının şəklini yerləşdirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-in-i-raqdaki-herbi-quvvelerinde-doyus-hazirligi-elan-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR