Samsunda dəhşətli qəza: 6 nəfər yanaraq öldü (FOTO)

Samsunda dəhşətli qəza: 6 nəfər yanaraq öldü (FOTO)
08:31 17 Yanvar 2015
132 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Samsun vilayətinin Terme rayonunda 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, hadisə mikroavtobusla toqquşan minik avtomobilindəki maye qaz çəninin partlaması nəticəsində baş verib.

Qəza zamanı minik maşınının sürücüsü toqquşmanın şiddəti ilə avtomobildən bayıra uçub və hadisə yerində dünyasını dəyişib.

Bundan başqa mikroavtobusda eyni ailədən olan 5 nəfər yanaraq faciəvi şəkildə ölüblər.

Mikroavtobusda olan həmin ailənin üzvü olan 4 nəfər isə xəsarət alaraq xəstəxanaya çatdırılıblar. Onlardan birinin vəziyyəti ağırdır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=320225

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR