“Airbus” dünyanın ən böyük təyyarə istehsalçısı olub

“Airbus” dünyanın ən böyük təyyarə istehsalçısı olub
12:57 3 Yanvar 2020
80 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın “Airbus” şirkəti 9 ildən sonra dünyanın ən böyük təyyarə istehsalçısı olub.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, 2019-cu ildə şirkət 863 təyyarə tədarük edib.
Şirkət bəzi istehsal problemlərinə görə, 2019-cu il proqnozlarını 2-3% azaldıb. Ancaq gözləntilərdən 3 ədəd daha çox təyyarə istehsal edən “Airbus” Amerikanın “Boeing” şirkətini qabaqlayaraq birinci olub.
Məlumata görə, Amerikanın “Boeing” şirkətinin “737 Max” modelində baş verən nasazlıqlara görə, 2019-cu ildə təyyarə tədarükü əvvəlki ilə nisbətən 50,1% azalaraq 345 ədəd olub.
Qeyd edək ki, “Airbus” şirkətinin proqnozları reallaşdırmasından sonra beynəlxalq birjalarda səhmlərinin qiyməti 3,1% yüksəlib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/airbus-dunyanin-en-boyuk-teyyare-istehsalcisi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR