Myanmarda avtobus qəzası baş verib, 22 nəfər ölüb

Myanmarda avtobus qəzası baş verib, 22 nəfər ölüb
18:02 3 Yanvar 2020
60 Digər
Ölkə mətbuatı
A- A+

Myanmarın şimalındakı Karen ştatı ərazisində, Tailand sərhədi yaxınlığındakı dağlıq bölgədə avtobusla avtomobilin toqquşması nəticəsində 22 nəfər ölüb, 10 nəfər də xəsarət alıb. 
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında paytaxt Yanqon tərəfdən gələn sərnişin avtobusu əyləcindəki nasazlıq ucbatından qarşıdan gələn avtomobilə çırpıldıqdan sonra sərt yamacdan dərəyə yuvarlanıb. Hadisə nəticəsində avtobusda olan 15 nəfər, avtomobildə olanların isə hamısı həlak olub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Digər mənbələr isə 19 nəfərin öldüyünü, 30-dan çox insanın xəsarət aldığını bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/myanmarda-avtobus-qezasi-bas-verib-22-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR