"Prezident Tramp hər cür etimada layiqdir" -

İsrailin Baş naziri Binyamin Netanyahu Bağdadda İran İslam İnqilabının Keşikçiləri Korpusunun “Qüds” hərbi birləşməsinin komandiri general-mayor Qasım Süleymaninin ölümündən sonra ABŞ-ın “haqlı mübarizəsi”nin yanında olduqlarını bildirib.

Metbuat.az “Haaretz”ə istinadən xəbər verir ki, Afinaya səfərindən yarımçıq qayıdan İsrail hökumət başçısı təyyarədə jurnalistlərə açıqlama verib.

O bildirib ki, Prezident Tramp sürətli, güclü, qətiyyətli hərəkət etdiyinə görə hər cür etimada layiqdir: "İsrail ABŞ-ın sülh, təhlükəsizlik, özlərini qorumaq uğrunda haqlı mübarizəsində onların yanındadır. İsrail özünü müdafiə etməkdə haqlı olduğu kimi, Birləşmiş Ştatlar da eyni hüquqa malikdir. Qasım Süleymani amerikalı vətəndaşların da, bir çox başqa günahsız insanların da ölümündə günahkardır, başqa hücumlar da hazırlayırmış”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR