General Süleymani ilə həlak olan 4 zabitin adı açıqlanıb

Bağdad hava limanı yaxınlığında ABŞ hava qüvvələrinin endirdiyi raket zərbəsi nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” xüsusi hərbi birləşməsinin komandiri general-mayor Qasım Süleymani ilə yanaşı, İran ordusunun daha 4 zabiti həlak olub.

Metbuat.az İRİB-ə istinadən xəbər verir ki, “Qüds” xüsusi hərbi birləşməsinin açıqlamasında ölənlərin briqada generalı Hüseyn Cəfərinian, polkovnik Şahrud Müzəffərinian, mayor Hadi Tarimi, kapitan Vahid Zamanian olduqları bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR