Bazar gününü gözləyirlər - İran ordusu qəfil həmlə...

Bazar gününü gözləyirlər - İran ordusu qəfil həmlə...
23:43 3 Yanvar 2020
113 Digər
Ölkə mətbuatı
A- A+

İraqda ABŞ-ın hava hücumu nəticəsində həlak olan İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi qüvvələrinin komandanı Qasım Süleymani bazar günü İranın Kirman şəhərində dəfn olunacaq.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə generalın ailəsi açıqlama verib. Komandan üçün ilk mərasim isə sabah Bağdadda təşkil olunacaq. Bağdaddakı mərasimdən sonra generalın cənazəsi Tehrana gətiriləcək. Paytaxtda ali dini lider Ayətullah Əli Xameneinin də iştirakı ilə ikinci mərasim təşkil olunacaq.

Bu mərasimdən sonra cənazə generalın anadan olduğu Kirman şəhərinə göndəriləcək. Hərbi ekspertlər dəfn günü İranın ABŞ-a qarşı hansısa hərbi həmlə edə biləcəyini istisna etmirlər.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/300937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR