İran ABŞ-a belə hücum edəcək: güc strukturları, səhiyyə sistemi, banklar və... - MÜHARİBƏ PLANI

İran ABŞ-a belə hücum edəcək: güc strukturları, səhiyyə sistemi, banklar və... - MÜHARİBƏ PLANI
13:53 4 Yanvar 2020
101 Dünya
Ölkə mətbuatı
A- A+

İran ABŞ-a kiberhücumla cavab verə bilər.

Publika.az xəbər verir ki, bunu İran İslam İnqilab Keşikçiləri Ordusunun Qüds Gücü komandanı Qasım Süleymaninin Bağdad Hava limanında öldürülməsindən sonra rəsmi Tehrandan gələn açıqlamaları şərh edən ekspertlər iddia edir.

Təhlükəsizlik mütəxəssisləri bildirir ki, İranla ABŞ arasında son dövrlərdə kibermüharibə azalsa da, Süleymaninin ölümü bu balansı dəyişdirəcək. Bununla da kiberdüşmənliyin real müharibəyə çevrilmə ehtimalı artır.

Bu hücumların hədəfində təhlükəsizlik və güc strukturları, səhiyyə sistemi, bank kimi kritik əhəmiyyətə sahib nöqtələr ola bilər.

Tufts Universitetinin Kibertəhlükəsizlik Siyasəti mütəxəssisi olan Jozefina Vulf “Qardiyan”a verdiyi açıqlamada İranın hazırkı danışıq tərzindən kiberhücumlara üstünlük verəcəyini gördüyünü deyib.

“FireEye” kibertəhlükəsizlik firmasının Kəşfiyyat Analizi Bölməsinin direktoru Con Haltkuist isə İranın özəl sektoru hədəf alacağını bildirib: “Sistemləri manipulyasiya edə bildiklərini sanmırıq. Amma böyük ehtimalla, sistemləri toplu şəkildə silə bilir və ya hər şeyi dayandıra bilirlər”.

Qeyd edək ki, İran 2010-cu ildə “Stuxnet” hücumundan sonra kiberqüvvələrə xüsusi sərmayə ayırıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/300972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR