Tamaşa zamanı bədbəxt hadisə: akrobatlar on metr yüksəklikdən yıxıldılar

Tamaşa zamanı bədbəxt hadisə: akrobatlar on metr yüksəklikdən yıxıldılar
14:27 4 Yanvar 2020
85 Dünya
Ölkə mətbuatı
A- A+

Niderlandın paytaxtı Amsterdamda rus akrobatlar şou göstərən zaman bədbəxt hadisə baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Karre" teatrında "Dünya milad sirki"-nin tamaşası zamanı iki rus akrobat on metr yüksəklikdən yıxılıb.

Tamaşanın prodüseri Henk van der Meyden bildirib ki, "Səma mələkləri"ni ifa edən cütlük qoruyucu kəmərlərdən istifadə etməyib.

Akrobatlar dərhal xəstəxanaya yerləşdiriliblər. Həkimlərin dediyinə görə, onlardan birinin vəziyyəti ağırdır.

Hadisədən sonra tamaşa təxirə salınıb və tamaşaçılar zaldan çıxarılıb.

Müvafiq qurumlar hadisə ilə bağlı araşdırmaya başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR