Qlobal şirkətdən ayrılıb fala baxma tətbiqi yaratdı – Faladdin

Qlobal şirkətdən ayrılıb fala baxma tətbiqi yaratdı – Faladdin
23:12 4 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Faladdin tətbiqini yəqin ki, bir çoxumuz tanıyırıq. 1 milyondan çox istifadəçisi olan fala baxma tətbiqi Türkiyədə Sertaç Taşdelen tərəfindən yaradılıb.

Sertaç Taşdelen biznesin idarə edilməsi üzrə ali təhsil alıb. 22 yaşında Dubayda beynəlxalq şirkətlərin birində yüksək vəzifədə çalışıb. Standart ofis həyatından sıxılan Sertaç bir gün öz işini qurmaq qərarına gəlir ancaq ağlında heç bir ideyası olmadığından bu müddət bir qədər uzanıb.

Faladdindən əvvəl Binnaz Abla adında internet saytı yaradır. Türkiyənin ilk fala baxma xidməti göstərən saytı. Bir gün Sertaç Taşdelen dostları ilə qəhvə içən zaman dostlarından biri kaş ki, Binnaz Abla burada olsaydı falımıza baxardı deyir. Binnaz Sertaç Taşdelenin anasıdır və çox gözəl fala baxır. İçdikləri qəhvələrin şəkilini çəkib Binnaz xanıma göndərirlər. Binnaz xanım şəkilləri görür və öz fal rəylərini göndərir.

Sertaç Taşdelen bu anda başa düşür ki, əslində bunu bir gəlir modelinə çevirmək olar. Dərhal Binnaz Abla internet saytını qurur.  2017-ci ildə binnazabla.com 350 insanın çalışdığı, ABŞ və Sinqapurda fəaliyyət göstərən qlobal bir şirkət olur.

Xarici ölkələrdə fəaliyyətə başlayanda başa düşürlər ki, ad seçimi düz deyil, Binnazabla sözünü tələffüz etmək çətindir, saytını adını Faladdin olaraq dəyişirlər. Beləliklə bu gün milyonlarla insanın istifadə etdiyi və milyonlarla gəlir əldə edən bir mobil tətbiq yaranır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR