Əməkdar artistin kilsədən paylaşdığı şəkil narazılıq yaratdı - FOTO

Əməkdar artistin kilsədən paylaşdığı şəkil narazılıq yaratdı - FOTO
11:42 5 Yanvar 2020
110 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Xumar Qədimova paylaşımı onu dilə-dişə salıb.  

Milli.Az oxu.az-a istinadən bildirir ki, nazlı-qəmzəli sənətçi şəxsi "İnstagram" hesabında kilsədən foto yayımlayıb.  

Şamlar əhatəsində olan Xumar başına ağ-qara zolaqlı şal bağlayaraq, kilsədə dua edib. Məşhurun bu addımı isə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.  

Onlar təəccüb və qəzəblərini müğənniyə sual şəklində ünvanlayıblar:  

"Necə yəni, Xumar xristiandır?", "Xumar, dininizi dəyişmisiz?", "Xumar, nə üçün kilsəyə getmisiz?", "Bəlkə yeni klip çəkdirirsiz?"...  

Sənətçinin fotosuna 450-dən artıq şərh gəlsə də, Xumar Qədimova "susmaq qızıldır" prinsipinə əməl edərək, məsələyə münasibət bildirməyib.  

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/815418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR