ABŞ hərbi bazasına hücum: 2 təyyarə və 2 helikopter yandırıldı - FOTO

ABŞ hərbi bazasına hücum: 2 təyyarə və 2 helikopter yandırıldı - FOTO
19:37 5 Yanvar 2020
103 Dünya
Ölkə mətbuatı
A- A+

Keniyanın Lamu bölgəsinldəki "Manda" uçuş-enmə zolağına terrorçuların hücumu olub. Bir neçə qrup keniyalı hərbçilərlə atışmaya başlayıb. Terrorçuların məqsədi uçuş-enmə zolağını ələ keçirmək, sonra isə beynəlxalq kontingentin, o cümlədən ABŞ Hərbi-Hava Qüvvələrinin istifadə etdiyi "Camp Simba" bazasına girmək idi.

Milli.Az bildirir ki, hücumdan əvvəl terroçular bazanın elektrik təminatını pozublar.

Hücum zamanı terrorçular yanacaq anbarını yandırıblar, ABŞ HHQ-nin iki təyyarəsini və iki helikopterini yandırıblar. ABŞ hərbçilərinin dediklərinə görə, bu aviavasitələrin üçü istifadə üçün yararsızdı.

Keniya Müdafiə Nazirliyinin yaydığı məlumatğa görə, baza müdafiə olunub, 4 terrorçu məhv edilib.

Hücumu gerçəkləşdirən "Əş Şəbab" terror qruplaşmasının yaydığı bəyanatda isə vurtulanır ki, bazaya "elitar dəstə" yönəlibmiş.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR