Tramp İraqı sanksiyalarla hədələyərək ABŞ qoşunun ölkədən çıxmayacağını bildirib
Paylaş
109 baxış·1 dəq oxu
ABŞ prezidenti Donald Tramp bildirib ki, rəsmi Bağdad Amerika təyyarə bazası üçün Vaşinqtona pul ödəməyəcincə, Birləşmiş Ştatların qoşunları İraqı tərk etməyəcək. Bu barədə “Report” TASS-a istinadən xəbər verir. Qeyd edilir ki, Tramp İraqı sanksiyalarla hədələyib.