Dünya bazarında neftin qiyməti 70 dolları ötüb

Dünya bazarında neftin qiyməti 70 dolları ötüb
11:02 6 Yanvar 2020
83 Digər
Ölkə mətbuatı
A- A+

İran İnqilab Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymaninin öldürülməsi və bununla bağlı baş verən hadisələr dünya bazarında neftin qiymətinin kəskin artmasına səbəb olub. 
“Report” CNN-ə istinadən xəbər verir ki, bu gün qlobal bazarlarda “Brent” markalı xam neft daha 2,4% bahalaşaraq 70,24 dollar/barelə çatıb.
Bu isə son 6 aydan çox müddətdə ən yüksək göstərici hesab edilir. ABŞ-ın WTI markalı xam nefti də bahalaşıb. Belə ki, son rəqəmlər WTI-ın qiymətinin 2,1% yüksələrək 64,36 dollar/barelə çatdığını göstərir.
Qeyd edək ki, Qasım Süleymani yanvarın 3-də İraqın paytaxtı Bağdadda ABŞ-ın hava zərbələri nəticəsində öldürülüb. Bu hadisədən sonra dünya bazarında xam neftin qiyməti orta hesabla 3% yüksəlmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/dunya-bazarinda-neftin-qiymeti-70-dollari-otub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR