“Dəli Tramp, ABŞ və İsrail qara günlərlə üzləşəcək” -

ABŞ-ın öldürdüyü İran generalı Qasın Süleymaninin qızı Zeynəb atasının dəfn mərasiminə ABŞ və İsrailə səslənib.

Metbuat.az xəbər verir ki, o, atasının ölümü ilə hər şeyin bitməyəcəyini deyib.

“Dəli Tramp, düşünmə ki, atamın ölümü ilə hər şey bitəcək”- deyə o dəfndə çıxış edib. O ABŞ və İsrailin buna görə qara günlərlə üzləşəcəyinə əmin olduğunu əlavə edib.

Ali dini lider Ayətullah Xameneyinin başçılığı alıtnda Süleymaninin dəfn mərasimi yanvarın 6-sı səhər Tehran Universitetində başlayıb. Vida mərasiminə prezident Həsən Ruhani, parlament sədri, nazirlər və hərbi komandanlıq təşrif buyurub. (modern.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR