"Report" İRNA-ya istinadən xəbər verir ki, Tehran Universitetində təşkil olunan mərasimə İranın ali rəhbəri Ayətullah Əli Xamenei, prezident Həsən Ruhani, hökumət üzvləri və din xadimləri qatılıb.
Yüzminlərlə İran vətəndaşı Q.Süleymani ilə vidalaşmaq üçün meydanlara toplaşıb.
Ayətullah Əli Xameneinin rəhbərliyi ilə cənazə namazı qılınıb.
Qeyd edək ki, Q.Süleymani yanvarın 3-də İraqın paytaxtı Bağdadda ABŞ-ın endirdiyi hava zərbələri nəticəsində öldürülüb.

























