Türkiyədə dəhşətli qəza: 6 nəfər yanaraq öldü - FOTO

Türkiyədə dəhşətli qəza: 6 nəfər yanaraq öldü - FOTO
09:37 17 Yanvar 2015
96 Dünya
Ölkə mətbuatı
A- A+

Hadisə minik avtomobilindəki maye qaz çəninin partlaması nəticəsində baş verib
Türkiyə Samsun vilayətinin Terme rayonunda 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib.

Anspress-in məlumatına görə, hadisə mikroavtobusla toqquşan minik avtomobilindəki maye qaz çəninin partlaması nəticəsində baş verib.

Qəza zamanı minik maşınının sürücüsü toqquşmanın şiddəti ilə avtomobildən bayıra uçub və hadisə yerində dünyasını dəyişib.

Bundan başqa mikroavtobusda eyni ailədən olan 5 nəfər yanaraq faciəvi şəkildə ölüb.

Mikroavtobusda olan həmin ailənin üzvü olan 4 nəfər isə xəsarət alaraq xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR