Kürdəmirdə avtomobil dərəyə aşıb

Kürdəmirdə avtomobil dərəyə aşıb
16:47 6 Yanvar 2020
82 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə avtomobil qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb. 
Belə ki, Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Babaşov Məhəmməd Vəli oğlu "Prado Toyota" markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Hadisə zamanı sürücü yüngül xəsarət alıb. Avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır. 






Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemirde-avtomobil-dereye-asib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR