Bakıda oğrular qarət etdikləri evi yandırıblar

Bakıda oğrular qarət etdikləri evi yandırıblar
17:07 6 Yanvar 2020
68 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda oğru və ya oğrular qarət etdikləri evi yandırıblar.
“Report”un məlumatına görə, hadisə yanvarın 5-də axşam saatlarında Binəqədi rayonu Kənd Binəqədi yaşayış massivində törədilib. 
Qalib Məmmədova məxsus ümumi sahəsi 100 kvadratmetr olan 4 otaqlı yaşayış evi yanıb.
Hadisənin əsil səbəbi isə yanğın söndürüləndən sonra ortaya çıxıb. İlkin araşdırma zamanı məlum olub ki, oğru və ya oğrular evi yandırmazdan əvvəl qarət ediblər. Onlar pəncərənin dəmir barmaqlıqlarını kəsərək evə daxil olublar. Evdən 3 radiator, 1 televizor, 5000 manat nağd pul, 10 min manat dəyərində qızıl-zinət əşyası oğurlanıb. Daha sonra izi itimək üçün evi yandırıblar.
Ev sahibi hadisə ilə bağlı Binəqədə rayonu 43-cü Polis Bölməsinə məlumat verib.
Faktla bağlı araşdırma aparılır. 



















Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-ogrular-qaret-etdikleri-evi-yandiriblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR