Hyundai yenilənmiş Elantra-nı çıxışa hazırlayır

Hyundai yenilənmiş Elantra-nı çıxışa hazırlayır
08:57 7 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın "Hyundai" avtomobil şirkətinin "Elantra" modelinin yenilənmiş versiyası haqqında məlumatlar ortaya çıxıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, avtomobilin rəsmi təqdimatı 2020-ci ilin iyul ayına planlaşdırılır.

Mühəndislər yerli yollarda yenilənmiş modelin test yarışlarını fəal şəkildə davam etdirirlər. Yeni "Elantra" avtomobil həvəskarlarını unikal baş optikası forması, eləcə də modernləşdirilmiş radiator barmaqlığı ilə təəccübləndirəcək. Həmçinin təkər diskləri və damın əyilmə bucağında dəyişiklik edilib.

Yenilik 1,2 litrlik turbinləşdirilmiş mühərrik əldə edəcək, lakin onun gücü göstərilməyib. Bundan başqa, satışa 1,4, 1,6 və 2 litrlik mühərrik ilə daha məhsuldar modifikasiyalar daxil ola bilər. İnsayderlər "Elantra"nın yeni modelinin dizel mühərriki ilə olan modifikasiyadan məhrum olacağını qeyd ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/815638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR