Səfirlikdən “Report”a verilən məlumata görə, xatirə kitabı yanvarın 8-də saat 10:00-dan 13:00-a və 15:00-dan 17:00-a qədər açıq olacaq.
Xatırladaq ki, Q.Süleymani yanvarın 3-də İraqın paytaxtı Bağdadda ABŞ-ın endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Yanvarın 6-da onunla və və digər hərbçilərlə vida mərasimi keçirilib. Q.Süleymani yanvarın 7-də doğulduğu Kerman şəhərində dəfn olunacaq.