Bayramda təcili tibbi yardıma gün ərzində 3000-ə yaxın müraciət edilib

Bayramda təcili tibbi yardıma gün ərzində 3000-ə yaxın müraciət edilib
14:42 7 Yanvar 2020
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni il bayramı günlərində Bakıda təcili tibbi yardım xidmətlərinə daxil olan çağırışların sayı gün ərzində 3000-ə yaxın olub.

Milli.Az xəbər verir ki, bunu Trend-ə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyib.

Onun sözlərinə görə, bayram günlərində poliklinikalar fəaliyyət göstərmədiyindən bayram günlərində təcili tibbi yardım xidmətlərinə daxil olan çağırışların sayı adi günlərlə müqayisədə 600-800 çağırış sayı çox olub.

Müraciətlər, əsasən, ürək-damar xəstəlikləri, respirator və nevroloji xəstəliklərlə bağlı olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/815856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR