Pakistan Hərbi Hava Qüvvələrinin təlim təyyarəsi qəzaya uğrayıb.

Metbuat.az-ın xəbərinə görə, bu barədə “geo.tv” məlumat yayıb.

Bildirilib ki, təlim uçuşu zamanı PAF FT-7 təyyarəsi Mianvali yaxınlığında qəzaya uğrayıb. Nəticədə təyyarədəki iki pilot həlak olub.

Qəzanın səbəbini müəyyənləşdirmək üçün araşdırma komissiyası yaradılıb.