"Yuventus" "Barselona"nın müdafiəçisi Mirandanı almaq istəyir

"Yuventus" "Barselona"nın müdafiəçisi Mirandanı almaq istəyir
08:37 8 Yanvar 2020
42 Digər
Ölkə mətbuatı
A- A+

Turinin "Yuventus" klubu "Barselona"nın müdafiəçisi Xuan Miranda ilə maraqlanır.
“Report”un məlumatına görə, bu barədə”Sport.es” bildirib.
Məlumata görə, italyan klubu hələ 2019-cu ilin yayında futbolçunu almağa çalışıb, amma "Barselona" yalnız icarəyə razı olub.
Qeyd edilir ki, "Yuventus" yenidən oyunçuyla maraqlanmağa başlayıb. Turin klubu müdafiəçi üçün 10 milyon, həmçinin bonuslar kimi 5 milyon avro ödəməyə hazırdır.
On doqquz yaşlı Miranda "Barselona"nın yetirməsidir. Yay transfer pəncərəsinə futbolçu icarə əsasında "Şalke-04”ə keçib. Transferin müddəti iki il üçün nəzərdə tutulub.
Miranda hazırkı mövsümdə Almaniya çempionatının üç matçında iştirak edib. O, iştirak etdiyi qarşılaşmalarda səmərəli ötürmələri ilə seçilib. "Barselona”nın futbolçu ilə müqaviləsi 2021-ci il ilə qədər nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/yuventus-barselona-nin-mudafiecisi-mirandani-almaq-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR