ABŞ-ın İraqdakı bir neçə bazasına raket zərbələri endirilib.
Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, raket zərbələri ABŞ-ın İraqın Ərbil şəhəri yaxınlığındakı bazasına və ölkənin qərbindəki Ayn əl-Əsəd hərbi-hava bazasına endirilib.
Raket zərbələrinə görə məsuliyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusu öz üzərinə götürüb.
Qeyd edək ki, raket zərbələri iranlı general Qasim Süleymaninin öldürülməsinə cavab olaraq həyata keçirilib.