İranda təyyarə yanaraq yerə çırpıldı: 180 nəfər öldü -

Tehran yaxınlığında Ukrayna aviaşirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi qəzaya uğrayıb.

Metbuat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 180 sərnişin olub.

Məlumata görə, hadisə İmam Xomeyni adına beynəlxalq hava limanında qeydə alınıb. Təyyarə uçuşdan az sonra yerə düşüb və partlayıb.

Hava limanının rəhbəri məlumatı təsdiqləyib. Qəzanın texniki səbəblərdən baş verdiyi bildirilir.

***

"Tehranda qəzaya uğramış Ukrayna təyyarəsində sərnişinlərin sağ qalma ehtimalı sıfıra bərabərdir".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İSNA agentliyinə "Qırmızı Aypara" təşkilatının rəhbəri Mürtəza Səlimi bildirib.

"Ehtimal ki, sərnişinlərdən sağ qalan yoxdur", - deyə o bildirib.

Qeyd edək ki, hadisə İmam Xomeyni adına beynəlxalq hava limanında qeydə alınıb. Qəza zamanı təyyarədə 180 nəfər olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR