Qasım Süleymaninin öldürülməsi və İranın ABŞ-ın bazalarını bombalamasına İsrail baş naziri Binyamin Netanyahu da münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Netanyahu Amerikanın yanında olduqlarını və hücum olunsa çox sərt şəkildə cavab verəcəklərini bildirib:

"Trump, Süleymani ilə bağlı operativ, cəsarətli və qərarlı bir şəkildə hərəkət etdiyi üçün təbrik edilməlidir. İsrail tamamilə ABŞ-ın yanındadır.

Hər kim İsrailə hücum etməyə çalışsa, çox sərt şəkildə vurulacaq".