“ABŞ və İran arasındakı gərginliyin İraqa mənfi təsirindən böyük narahatlıq keçiririk”.
Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putinin birgə açıqlamasında belə deyilir. Bildirilib ki, iranlı generalın Bağdadda öldürülməsi bölgədəki sabitliyə mənfi təsir göstərib. Açıqlamaya görə, tərəflərin güc tətbiq etməsi Yaxın Şərqdə yeni gərginliklər yaradacaq. Dövlət başçıları tərəfləri təmkinli olmağa çağırıb.
Qeyd edək ki, Putin “Türk axını" qaz kəmərinin istismara verilməsi mərasimində iştirak etmək üçün İstanbulda səfərdədir.
Anar Türkeş