ABŞ-ın Bağdadda yerləşən səfirliyi raket atəşinə tutulub.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, əraziyə azı 3 raket atılıb. Mərmilər səfirlik binasının yaxınlığına düşüb. Hücumdan sonra bölgədə həyəcan siqnalı işə düşüb.

Tələfat barədə məlumat yoxdur. Qeyd edək ki, ABŞ səfirliyi dövlət əhəmiyyətli binaların olduğu “yaşıl bölgə”də yerləşir.

Anar Türkeş