Hava limanı - “28 May” ekspress marşrut xətti üzrə dayanacaqların sayı artırıldı

Hava limanı - “28 May” ekspress marşrut xətti üzrə dayanacaqların sayı artırıldı
11:01 9 Yanvar 2020
43 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

H1 Hava limanı - “28 May” ekspress marşrut xətti üzrə avtobusların dayanacaq məntəqələrinin sayı artırılıb.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, H1 ekspress marşrut xətti üzrə avtobuslar Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edərkən Heydər Əliyev prospektinin Səttar Bəhlulzadə (Bülbülə qəsəbəsinə giriş, Saatın yanı) və 14 iyul küçələri ilə kəsişmədəki (Yeni Suraxanı qəsəbəsinə girişdə yerüstü piyada keçidinin yanında) dayanacaqlarda dayanması təşkil edilib. Şəhər mərkəzi istiqamətində isə müvafiq olaraq qarşı tərəfdəki dayanacaqlarda dayanması təşkil edilib.

Ekspress xətt üzrə avtobusların əlavə dayanacaqlarda dayanması vətəndaşların Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla təşkil edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3174753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR