İcbari Sığorta Bürosu SOCAR istiqrazlarına investisiyaları 2 dəfədən çox artırıb

İcbari Sığorta Bürosu SOCAR istiqrazlarına investisiyaları 2 dəfədən çox artırıb
11:17 9 Yanvar 2020
42 Digər
Ölkə mətbuatı
A- A+

2019-cu il yanvarın 1-nə İcbari Sığorta Bürosunun (İSB) Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarına investisiyaları 7,813 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur.
“Report” bu barədə Büronun maliyyə hesabatına istinadən xəbər verir.
Sənəddə həmçinin deyilir ki, İSB 2018-ci ildən Maliyyə Nazirliyinin istiqrazlarına investisiya qoymağa başlayıb və ilin sonuna dövlət qiymətli kağızları üzrə 2,967 milyon manatlıq investisiyaya malik olub. Əvəzində Büro 2017-ci ildən qalma 2,003 milyon manatlıq vekseli investisiya portfelindən çıxarıb.
Ümumiyyətlə isə 2018-ci ildə İSB-nin aktivlərində investisiya qiymətli kağızları 98,25% artaraq 10,779 milyon manata çatıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/i-cbari-sigorta-burosu-socar-istiqrazlarina-investisiyalari-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR