Tolik video yayıb "28 Mall"u tənqid etdi -

Prodüser Tarix Əliyev (Tolik) “28 Mall” ticarət mərkəzində tətbiq olunan yeni qaydanı tənqid edib.

Metbuat.az-ın məlumatına görə, Tolik bildirib ki, "28 Mall"da ayaqyolu xidmətindən istifadə edə bilmək üçün mütləq alış-veriş etməlisən:

“İlk dəfədir gördüm ki, “28 Mall”da çekin varsa, tualetdən istifadə edə bilərsən. Mağazaları gəzərkən bununla rastlaşdım. Nə yaxşı ki, belə inkişafa doğru gedirik. Dünyanın heç bir yerində bu hal yoxdur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR