Bu barədə “Report”a maliyyə qurumunun direktoru Ruslan Cəfərov məlumat verib.
Onun sözlərinə görə, bununla da “BTB Kapital”ın nizamnamə kapitalı 600 min manatdan 1 milyon manata çatıb.
“Əlavə vəsaiti yenə də investisiya şirkətinin yeganə səhmdarı “Bank BTB” ASC təmin edib”, - R.Cəfərov əlavə edib.
Xatırladaq ki, “BTB Kapital İnvestisiya Şirkəti” 2018-ci ildə yaradılıb.