Lənkəran rayonu ərazisindəki 2 evdən qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 24-də 25-də rayon ərazisindəki 2 evdən qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şiləvar kənd sakini, əvvəllər məhkum olunmuş M.Nəzərli saxlanılıb.
Milli.Az