Şimal bölgəsinə qar yağıb:

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib.

Metbuat.az apa-ya istinadən xəbər verir ki, bölgənin bəzi yaşayış məntəqələrinə qar yağıb. Qubanın Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 5 sm, Qusarın Ləzə kəndində isə 8 sm-ə çatıb. Ən aşağı temperatur isə Qubanın Qrız kəndində qeydə alınıb. Burda temperatur mənfi 11,8 dərəcəyədək enib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR