Qələbə meydanında qəza olub (FOTO)

Qələbə meydanında qəza olub (FOTO)
17:08 11 Yanvar 2020
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qələbə meydanında yerləşən tunel tipli yol qovşağında baş vermiş qəza nəticəsində fiber-beton üzlüklər sıradan çıxıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, agentliyin əməkdaşları tərəfindən fiber-beton üzlüklər yenisi ilə əvəzlənib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərdən diqqətli olmağı, hava şəraitinə uyğun olaraq avtonəqliyyat vasitəsini idarə etməyi, yollarda təyin olunmuş sürət həddini aşmamağı və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3175968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR