Kürdəmir sakini itkin düşüb

Kürdəmir sakini itkin düşüb
20:17 11 Yanvar 2020
91 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayon sakini itkin düşüb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Sor-Sor kənd sakini 1955-ci il təvəllüdlü Hüseynov Həsrət Hüseynalı oğlu səhər evdən çıxıb və geri qayıtmayıb.
Nəticədə ailə üzvləri onu axtarmağa başlayıblar. Axtarışlar zamanı Həsrət Hüseynovun oğlu atasının gödəkcəsini kəndin içərisindən keçən kanalın kənarında tapıb.
O, dərhal hüquq mühafizə orqanlarına və Fövqəladə Hallar Nazirliyinin yerli idarəsinə zəng vuraraq hadisə ilə bağlı xəbər verib.
Hazırda Həsrət Hüseynovun kanalda axtarışları aparılır. Ehtimal edilir ki, o su kanalında boğulub. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemir-sakini-itkin-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR