İrana qarşı gizli əməliyyat - Məşhur komandir öldürüldü - FOTO

İrana qarşı gizli əməliyyat - Məşhur komandir öldürüldü - FOTO
11:48 12 Yanvar 2020
73 Digər
Ölkə mətbuatı
A- A+

İraqda İranla bağlı növbəti əməliyyat keçirilib.

Publika.az xəbər verir ki, bu ölkıdı fəaliyyət göstərən iri şiə hərbiləşmiş qruplarından birinin lideri olan Taleb Abbas Əli əl-Səidi öldürülüb.

Belə ki, İraq şiələrinin Xalq Səfərbərlik Qüvvələrinin komandiri olan Taleb Abbas Əli əl-Səidi Bağdaddan 90 kilometr məsafədəki Kərbala şəhərində naməlum silahlıların həyata keçiriyi əməliyyat nəticəsində öldürülüb, lakin əməliyyatın təfərrüatları barədə məlumat yoxdur.

Taleb Abbas Əli əl-Səidi Xalq Səfərbərlik Qüvvələrinə bağlı Kərbala Briqadasının komandiri idi. Bu silahlı qruplaşma İraqda ABŞ qüvvələrinə qarşı tez-te hücumlar təşkil edir.

Qeyd edək ki, Taleb Abbas Əli əl-Səidinin öldürülməsi ABŞ ordusu tərəfindən İranın İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandiri, general Qasım Süleymaninin və briqadanın biri general olmaqla daha 4 zabitinin, o cümlədən İraqdakı "Həşdi Şabi" qruplaşmasının komandir müavini Əbu Mehdi əl-Mühəndisin öldürülməsi əməliyyatından bir neçə gün sonraya təsadüf edir. Həmin əməliyyat yanvarın 3-də Bağdad aeroportu yaxınlığında keçirilib. İran yanvarın 8-də qisas olaraq ABŞ-ın İraqdakı aviabazalarına raket zərbələri endirib.

İraqdakı yaxşı silahlanmış "Xalq Səfərbərlik Qüvvələri" İranın "Əl-Qüds" qüvvələri tərəfindən dəstəklənir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/301675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR