Bakının bir sıra magistrallarında sürət həddi endirilib

Bakının bir sıra magistrallarında sürət həddi endirilib
09:22 13 Yanvar 2020
20 Digər
Ölkə mətbuatı
A- A+

Paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
“Report” bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.
Qeyd edilib ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.
"Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir" - deyə BNA bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakinin-bir-sira-magistrallarinda-suret-heddi-endirilib-54158

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR