Azərbaycanda dünya elmi üçün yeni olan məlumat əldə edildi

Azərbaycan alimlərinin apardıqları tədqiqat nəticəsində dünya elmi üçün yeni olan məlumat əldə edilib.

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan Metbuat.az-a verilən məlumata görə, tədqiqat akademik İradə Hüseynova, biologiya üzrə fəlsəfə doktoru Gülnarə Balakişiyeva, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov və Fransadan olan professor Xavier Foissac ilə birgə aparılıb.

Tədqiqat zamanı Azərbaycanda “Candidatus Phytoplazma solani” fitopatogeninin həşərat vektorları mtCOI mitoxondri markeri vasitəsilə barkodlaşdırma əsasında identifikasiya edilib. Müəyyən olunub ki, bu fitoplazma növü Hyalestes obsoletus və Reptalus noahi həşəratları ilə yayılır. Alınan nəticə Reptalus noahi həşərat növünün “Candidatus Phytoplazma solani” fitoplazmasını yayması haqqında dünyada ilk məlumatdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR