Honda-nın yeni modeli Tokioda təqdim olundu

Honda-nın yeni modeli Tokioda təqdim olundu
08:37 14 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Honda şirkəti Tokyo Auto Salon 2020 sərgisində Honda CR-V Black Edition yolsuzluq krossoverini təqdim edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, yolsuzluq avtomobili böyüdülmüş klirens, əlavə asqılar və iri təkər diskləri ilə sevindirə bilər. Mühəndislər yolsuzluqda rahat hərəkət etməyə imkan verən gücləndirilmiş şinləri də nəzərə alıblar. Honda CR-V Black Edition-un damında əlavə işıqlandırma bölməsi quraşdırılıb. Krossoverin kapotunun altında 193 at gücündə olan 1,5-turbinləşdirilmiş mühərrik istifadə olunur.

Yeni Honda CR-V Black Edition modeli pilləsiz variator, həmçinin tam sürücü sisteminə malikdir. Güc qurğusuna gəldikdə, yaradıcılar hələ ki, heç bir radikal dəyişiklik planlaşdırmırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/817339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR