Mingəçevirdə mikroavtobus aşıb:

Mingəçevirdə mikroavtobus aşıb.

Metbuat.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin “Qələbə” meydanı ərazisində qeydə alınıb. “Hunday Elantra” markalı maşın 7 saylı xətt üzrə hərəkət edən mikroavtobusla toqquşub. Toqquşmanın təsirindən mikroavtobus aşıb. Qəza nəticəsində bir neçə nəfər xəsarə talıb.

Faktla bağlı araşdırma aparılır.

***

Mingəçevirdə baş verən qəzada yaralananların adları məlum olub.

Qəza nəticəsində 1960-cı il təvəllüdlü Qorçiyeva Lamiyə Aydan qızı, 2004-cü il təvəllüdlü Məmmədova Aydan Elsəvər qızı və 1996-cı il təvəllüdlü Əhmədova Türkan Talıb qızı xəsarət alıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR