Nazir Narkoloji Mərkəzə yeni baş direktor təyin etdi

Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

Metbuat.az xəbər verir ki, Səhiyyə naziri Oqtay Şirəliyev bununla bağlı yanvarın 14-də əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov təyin edilib.

Qeyd edək ki, Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR